BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Qarabağ” Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib GƏLDİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

İstixeber.info xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı GPS stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

54-cü dəqiqədə Mahir Emreli topu rəqib qapısından keçirib. 68-ci dəqiqədə onun yerinə meydana “Qarabağ”ın yeni transferi Maqaye Qeye daxil olub. Fransalı hücumçu bir dəqiqə sonra hesab arasındakı fərqi ikiyə yüksəldib. APOEL-in qolunu isə 95-ci dəqiqədə Giorgos Merkis vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26