BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

İstixeber.info xəbər verir ki, Azərbaycan çempionu bir həftə öncə qazandığı üstünlükdən yararlana bilməyib.


Kiprin APOEL klubu ilə qarşılaşan təmsilçimiz Bakıda 0-2 hesabı ilə uduzmaqla, turnirin pley-off mərhələsinə yüksələ bilməyib. Hər hissədə bir dəfə fərqlənən qonaqlar, “Qarabağ”ın ümidlərini puça çıxarıb.

Xatırladaq ki, “Qarabağ”  ilk oyunda 2-1 hesabı ilə qələbə qazanmışdı. Azərbaycan çempionu ikinci matçdakı məğlubiyyətlə mübarizəsini Avropa Liqasında davam etdirəcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
13 avqust

“Qarabağ” – APOEL 0:2
Qollar: De Vinsenti, 34-pen. U.Matiç, 68.
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 2:1.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26