BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Qarabağ” Bolqarıstan millisinin futbolçusunu transfer edir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Qarabağ” daha bir milli komandanın futbolçusunu alır.

İstixəbər.info Missiya.Aza istinad edərək xəbər verir ki, Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçev karyerasını “Qarabağ”da davam etdirəcək.

Müqavilə ilə 2019-cu ilin iyununadək “Sportinq”ə məxsus olan futbolçu artıq Portuqaliya klubunun düşərgəsini tərk edib. 25 yaşlı oyunçu Lissabon təmsilçisində mövsümöncəsi tibbi müayinədən keçməsinə baxmayaraq, ondan bəri məşqlərdə görünmür.

Portuqaliya mətbuatı Slavçevin “Qarabağ”la anlaşdığı və Azərbaycan çempionu ilə müqavilə bağlayacağını bildirib.

Qeyd edək ki, Simeon Slavçev Bolqarıstan millisinin martda Bosniya və Herseqovina ilə Qazaxıstana qarşı keçirdiyi matçlarda heyətdə olub. O, yığmasında 17 oyun keçirib.

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26