BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Azerbaijani AZ English EN French FR Russian RU Turkish TR

“Qarabağ” ardıcıl beşinci dəfə Azərbaycan çempionu oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

İstixeber.info xəbər verir ki, “Qarabağ” ümumilikdə 7-ci, ardıcıl isə 5-ci çempionluğunu qazanıb.

Ağdam təmsilçisi buna XXVII turda öz meydanında “Səbail”i 3:0 hesabı ilə məğlub etməklə nail olub.

REKLAM

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 21-ci dəqiqədə Miçel Madeyra açıb. Oyunun 42 və 69-cu dəqiqələrində Mahir Mədətov dubl edib.

Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” çempionatın başa çatmasına 1 tur qalmış ən yaxın izləyicisi “Neftçi” üçün əlçatmaz olub. “Neftçi” isə səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etməklə gümüş medallara sahib çıxıb.

İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017 və 2017/2018 mövsümlərinin ardından yenə rəqiblərini qabaqlayıb.Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.

Qeyd edək ki, indiyədək 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 7 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.(qol.az)

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26