BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qara tüstü udub ağ ciyərləri bayram edən Müşfiq qəsəbə sakinləri – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün səhər 06:20 radələrində İstixəbər.info-un kameralarına ürəkağrıdıcı bir mənzərə çıxıb. Bələki, Bakı şəhəri Müşfiq qəsəbəsinin bir addımlığında istixanadan havaya buraxılan qara tüstü nəzərimizi cəlb elədi.

Bakı şəhəri Müşfiq qəsəbəsi

Yolumuz bu qəsəbədən çox keçməsinə baxmayaraq ilk dəfə idi ki, havanın qara tüstüdən bir azda qaraldığının şahidi olduq. Əraziyə diqqətlə nəzər yetirdikdə yaxınlıqdakı istixananın həyətindən çıxan qara tüstü bütün ərazini bürümüşdü. İlkin müşahidələrmizdən onu deyə bilərik ki, qaz və elektrik enerjisi ilə qızdırılmalı olan istixana gecənin qaranlığından istifadə edib , nəqliyyat vasitələrinin şinlərini yandırmaqla istixananın temperaturunu qaldırmaq istəyiblər. Bu bizim ilkin versiyamızdır. Hər halda istixananın nə ilə qızdırılmasının bizim üçün bir önəmi demək olarki yoxdur. Sadəcə havanın və orda yaşayan insanların qara tüstünü ağ ciyərlərə udulması problemi bizim üçün daha vacıbdir. Bəlkədə səhərin təmiz havasını udmaq istəyən sakinlər bu gün xoş surprizlə qarşılaşıblar desək yanılmarıq. Tüstü təbəqəsinə baxanda mənzərə olaraq xoş görünə bilər. Bəs bu zəhərli tüstü insanlara nə kimi təsir edir?Əhalinin səhəti üçün nə kimi problemlər yarada bilər?

Məsələni ilk öncə tibbi tərəfdən araşdıraq.

Faxrəddin Abdullayev

Suallarımızı Qusar rayonunda fəaliyyət göstərən özəl klinikanın həkimi Terapevt Fəxrəddin Abdullayeva ünvanladıq. Fəxrəddin həkim bildirdi ki, belə zəhərli tüstülərin  canlılar aləminə təsiri dedikdə əsas etibarı ilə SO2 və NOx qazlarının insanlara, heyvanat və bitki aləminə təsiri nəzərdə tutulur. SO2-nin insanlara təsiri: SO2-nin insanlara təsiri zamanı insanlarda xüsusi xəstəliklərin yaranması baş verir. Bu xəstəlik növlərinə ilk növbədə ateroskleroz və bununla əlaqəli ürək xəstəliyi, xroniki bronxit, enfizema, bronxial astma və s. aiddir. Atmosfer havasında SO2-nin və ya asılı hissəciklərin orta illik miqdarı 0,08-0,10 mq/m3 olarsa onda insanların görmə qabiliyyəti pisləşir, onlarda müəyyən narahatlıq ilə yanaşı nəfəs almanın pisləşməsi müşahidə edilir. Havada SO2-nin və ya asılı hissəciklərin orta sutkalıq miqdarı 0,08-0,10 mq/m3 olarsa ciyər xəstəliyi olan insanların səhhəti pisləşir, onların həkim köməyinə müraciət halları artır və bəzən ölüm halları baş verir.Doktor tüstünün insanların səhətində yarada biləcək xəstəliklərin bir hissəsini bizə söylədi.Bəs görəsən belə məsuliyyətsiz sahibkarlar havanı udmaq üçün xaricə gedən rəhbərlər ekologiyanı belə çirkləndirdikdə onları hansı məsuliyyət gözləyir və onlara qarşı hansı tədbirlər həyata keçirilir?

İradə İbrahimova

Suallarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya ünvanladıq. İradə xanım bildirdi ki, belə hallara qarşı hər zaman mübarizə aparmışıq. Belə hallar aşkarlanarsa dərhal  həmin obyekt sahibləri haqqında qanun çərçivəsində ölçü götürülüb və lazimi qaydada tədbirlər görülüb. Qaldıkı sizin dediyiniz məsələyə həmin ərazi tez bir zamanda araşdırılacaq və mətbuata əlavə məlumat veriləcək. Əlavə olaraq  İ.İbrahimova məlumat verdi ki, İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslərin 3500-4500, hüquqi şəxslərin 20000-25000 manat məbləğində cərimə oluması nəzərdə tutulur.

Heydər Əliyev

Bu arada Ulu öndər Heydər Əliyevin Ekologıya və təbiətimiz haqqında dediyi bir müdrik kəlamı xatırladmaq istərdik.” Biz təbiətə qarşı zor işlədə bilmərik. İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır,ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.;

Hörmətli İstixəbər.info oxucuları və Müşfiq qəsəbə sakinləri ümid edirik ki, araşdırma apardığımız məsələ yaxın günlərdə öz həllini tapacaq və cavabdeh şəxslər lazimi qaydada cəzalandırılacaq.

İstixəbər.info İnformasıya Portalı Bakı şəhəri 2018-ci il

Baş redaktor:Rəşad Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26