BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qanunsuz ov edən şəxslər saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

06 iyul 2018-ci il tarixində gecə saatlarında Şahdağ Milli Parkının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən parkın Oğuz rayonu ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb.

İstixəbər.info xəbər verir ki, qanunsuz ov edən Oğuz rayon sakinləri Raqif Nəsirov və Dünyabir Nəsirovdan 2 ədəd ov silahı və 2 baş ovlanmış Dağıstan turu götürülüb. Faktla bağlı qanun pozucuları barəsində sənədləşmə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən  hər biri 1000 manat məbləğində cərimə edilib. Təbiətə 500 manat məbləğində ziyan dəydiyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26