BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QANUNSUZ BALIQ OVU İLƏ BAĞLI REYDLƏR BAŞLADI – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar olaraq Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərə qarşı reydlərə başlayıb. 

İstixəbər.info xəbər verir ki, qanunu pozanlara qarşı Azərbaycan Respublikasının (AR) Cinayət Məcəlləsi (CM) ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq.

Su Polisi vətəndaşları əhaliyə xəbərdarlıq edir və AR-nın qanunlarına riayət etməyə səsləyir.

Qeyd edək ki, bu gündən start götürən reydlər bir ay müddətinə davam edəcək. Açıqlamada o da bildirilir ki, cari il müddətində balıq ovu ilə əlaqədar bəzi qanun pozuntularına rast gəlinib.

Belə ki, il ərzində qanunsuz balıq ovu ilə əlaqədar olaraq 96-cı (AR CM-nin 256-cı) maddəsi ilə cinayət işi açılıb və 9 ton 599 kq qanunsuz balıq tutularaq müsadirə edilib.

Qırmızı kitaba düşmüş quşların qanunsuz ovu ilə bağlı üç fakt aşkarlanıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26