BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qan artıran qidalar hansılardır?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qanazlığı (anemiya) son vaxtlar ən çox rast gəlinən problemlərdəndir. Ürək döyüntüsünün artması, halsızlıq, özünü daim yuxulu hissetmə, başın hərlənməsi kimi əlamətlərlə özünü göstərən bu problemlə bəzi qidaların köməyi ilə mübarizə aparmaq olar.

İstixəbər.info olaraq qan artıran qidaları təqdim edirik:

Qan artıran ən faydalı qidalardan biri çuğundurdur. Çuğunduru həm çiy, həm də bişmiş halda yemək olar. Qan artırmaq üçün isə salatını hazırlayıb yemək, şirəsini çəkib içmək ən yaxşı vasitədir.

Soya südü, itburnu çayı, qara üzüm, tut doşabı, kətan toxumu, arı balı, çiçək balı, balıq da qan artırır.

Bunlarla yanaşı, dəmirlə zəngin qidaları da menyunuza daxil etməlisiniz. Portağal, yumurta, alma, toyuq, qaysı, kişmiş, göyərtilər, qırmızı ət, qaraciyər qanazlığının qarşısını alacaq.

Bir sıra vitaminlərin orqanizmdə çatışmazlığı qanazlığının səbəbi ola bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya ilə mübarizə aparmaq üçün qoz, fındıq, paxlalı bitkilər, yumurta sarısı yeyin.

B12 ehtiva edən qabıqlı dəniz məhsulları, qızıl balıq, pendir, süd, yumurta, ət və qaraciyər həmin vitaminin orqanizmdə azalması nəticəsində meydana gələn qanazlığının çarəsi ola bilər.

Bu adını çəkdiyimiz qidalardan mütəmadi olaraq istifadə etsəniz, qan azlığının səbəb olduğu narahatlıqlar aradan qalxacaq.

İstixəbər.info İnformasiya Portalı

102 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26