BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qadınlar mütləq oxusun! Bu hal sizin hamilə qalmağınıza problem yaradacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ATU-nun Mamalıq-Ginekologiya kafedrasının assistenti Zərifə Hüseynova “Hamiləlik və RH uyğunsuzluğu” ilə bağlı yazı hazırlayıb.

“Hamiləlik olduqca mürəkkəb prosesdir. Bu dövrdə qadının orqanizmində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verir – qan dövranında, sinir sistemində daxili sekresiya və süd vəzisində, həzm sistemində, ümumiyyətlə orqanizmin bütün üzvlərində. Hamiləlik dövründə baş vermiş bu və ya digər dəyişikliklər orqanizmin normal və təbii fizioloji halıdır. Doğuşdan sonra isə bu kimi dəyişikliklər təxminən 6 həftə ərzində tədricən geriyə doğru inkişaf edir.

REKLAM

Abort – hamilə qadının orqanizmində baş vermiş təbii dəyişikliklərin süni surətdə pozulması deməkdir. Hamiləliyin bu cür normal gedişatı kobudcasına pozulduqda orqanizm buna funksional dəyişikliklər və ya xəstəliklərlə cavab verir.

Nəticədə çox vaxt dölün ana bətnində saxlanılması qabiliyyəti zəifləyir, bəzən yumurtalıqların normal funksiyası da erkən vaxtlardan fəaliyyətdən düşür. Abortun ən ağır nəticəsi isə sonsuzluqdur. Abort qadının sonrakı hamiləliyinə və doğuşuna da öz mənfi təsirini göstərir.

Əgər qadının RH-ı mənfi ərinin ki isə müsbətdirsə sual oluna bilər ki, bunun abortla nə əlaqəsi ola bilər?

Bəzi ailələrdə tamamilə sağlam ata-anadan sarılıq xəstəliyinə tutulmuş uşağın dünyaya gəlməsi və doğuşdan sonra qısa bir zamanda ölməsi müşahidə olunmuşdur. Bəzən isə uşaq normal (sağlam) doğulur, sonra onun mərkəzi sinir sistemində elə ağır pozğunluqlar baş verir ki, bu cür uşaqlar həyatı boyu şikəst qalırlar. Yeni doğulmuş uşaqlarda belə ağır xəstəliklərin baş vermə səbəbi dünya həkimlərinə də naməlum qalmışdır. Qanda rezus-amili kəşf edildikdən sonra “gizli sirr” hesab edilən bu xəstəliyin inkişaf etmə səbəbi məlum oldu. Rezus-amil ilk dəfə makaka-rezus tipli meymunların eritrositlərində öyrənilmiş və onların adı ilə də adlandırılmışdır. Təxminən 85% insanların eritrositlərində rezus amil var, qalanlarında isə demək olar ki, yoxdur. Lakin hamiləlik zamanı bu, dölün eritrositlərinin parçalanıb hemolizə uğramasına səbəb olur. Eritrositlərin parçalanması isə öz növbəsində dölün zədələnməsinə və hemolitik xəstəliklərin – uşaqsalma, dölün ana bətnində ölməsi, uşaqda sarılıq, qan azlığı kimi xəstəliklərin inkişaf etməsinə səbəb olur.

Çox zaman (-) rezurslu qadınların uşaqları sağlam doğulur. Bu onunla izah edilir ki, mənfi rezurslu qana malik olan qadın orqanizmində antirezus amillərin əmələ gəlməsi üçün müəyyən müddət lazımdır. Bəzən antitellərin miqdarı birinci hamiləlik zamanı qadının qanında kifayət miqdarda olmur və hər təkrar hamiləlikdən sonra onların miqdarı artır, dölün zədələnməsi təhlükəsi yaranır. Odur ki, mənfi rezuslu qanı olan qadınların bunu nəzərə almaları vacibdir. Onlar mütləq birinci hamiləliklərini qorumalı və normal doğuş vaxtına çatdırılmalıdır. Çünki ikinci və sonrakı hamiləliklər zamanı yeni doğulmuş uşaqda hemolitit xəstəliklər inkişaf edərək vəziyyəti xeyli çətinləşdirir. Abort zamanı dölün toxuma eritrositlərinin qan dövranı vastəsi ilə qadının orqanizminə süzülür və beləliklə də onun qanında antirezus antitellərin əmələ gəlməsi baş verir. Sonrakı hamiləlik zamanı isə abort ilə əmələ gəlmiş antitellər dölün (+) rezuslu eritrositlərini parçalamağa başlayır və döl inkişafdan qalır. Ona görə də qanı (-) RH olan qadınlar hamiləliyin sünu pozulması heç cürə yol verilməməlidirlər. Əks təqdirdə qadın dünyaya gələcək uşağının həyatına və ya sağlamlığına qəsd etmiş kimi qiymətləndirilir.

Ərinin qanı (+) RH, qadınınkı isə (-) RH olan analar hamiləliyin elə 1-ci həftəsindən qadın məsləhətxanasında həkim nəzarəti altında olmalıdır. Əgər aborta göstəriş varsa, rezus-amilə qarşı əks cisimciklərin əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə abortdan sonra qadın mütləq immunoqlobulin-antirezus adlı preparat qəbul etməlidir. Hamiləliyi süni pozulmuş qadınların əksəriyyəti, bir müddətdən sonra yenidən həkimə müraciət etməli olurlar. Lakin bu dəfə abort üçün yox, abort nəticəsində baş vermiş pozğunluğun müalicəsi və sağlam uşaq doğmaq üçün.

Müşahidələr göstərir ki, rezus amilin uyğunsuzluğu ilə edilmiş süni abortlardan sonra (-) RH olan qadınların qanında rezus-amilə qarşı əks cisimciklər (antitellər) daha çox və tez bir zamanda əmələ gəlir. Ona görə də hər iki valideynin qanı rezus amilinə görə yoxlanılmadan və həkim məsləhəti olmadan hamiləlik süni yolla pozulmamalıdır.

Unutmaq olmaz ki, respublikamızda hər 9 nikahdan təxminən biri rezus-amilin uyğunsuzluğu ilə baş verir”.\Oxu24.com

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26