BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qadın ərinin məşuqəsi olduğunu öyrəndi və onun ad gününə elə bir sürpriz təşkil etdi ki, bu onun yaddaşında həmişəlik qalacaq!


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Məndə ərimin məni aldatdığı baradə hiss var idi . O kiməsə mesajlar yazırdı,yersiz gülürdü və gülümsəyirdi. Mən kimə yazdığını soruşanda isə deyirdi ki, anasıyla yazışır. Sonra hər axşam gecikmələr başladı. Mən onun kolleqalarına zəng etdikdə isə onun çoxdan çıxdığını öyrənirdim.
Axşam 11:30-da “süd almaq üçün” çıxıb gecə 2 də evə qayıtması isə səbrimi daşıran son damcı oldu. Detektiv tutmaq qərarına gəldim. Çəkilən şəkillər boşanma vaxtı xeyrimə ola bilərdi.

Mən ona heç nə demədim və onun 1 ay sonra olacaq ad gününü gözlədim. Mən daha çox sübut yığmaq üçün vaxt qazanmaq istəyirdim. Ad gününü necə keçirmək istədiyini soruşdum. O dedi ki dostları ilə birgə keçirmək istəyir.

Mən evdən getdim və bir müddət tanışlarımgildə yaşamağa qərar verdim. Ona isə dedim ki, işlərimlə bağlı şəhərdən gedirəm. Sonra mən onun valideynlərini, bacısını və bir neçə dostunu onun ad gününə çağırdım. Mən onlara dedim, yoldaşıma sürpriz etmək istəyirəm və biz hamımız böyük tortla və şamlarla bizim mənzilimizə getməliyik. Onun bundan xəbəri olmamalıdır.

Biz səhər saat 8:30-da evin yanında görüşdük. Cəmi 8 nəfər idik. Onun anasının əlində tort vardı. Qonaqlara özlərini maksimal sakit aparacaqlarını söylədim. Mənzilin qapısını açdım. Hər kəs əlində milçəkqovan saxlayırdı. Amma nə vaxt ki, mən qapını açdım, hamı çox təəccübləndi!
Mənim ərim isə hamıdan çox təəccüblənmişdi. O öz məşuqəsini qucaqlayaraq və geniş açılmış gözlərlə bizə baxırdı. Anası tortu onların üzərinə atdı, bacısı və atası qışqırmağa başladılar. Mən özümü şokdaymış kimi apardım.

Düşünürəm ki , bu etdiyim ən yaxşı və unudulmaz ad gün hədiyyəsi idi. Mən heç kimə heç nə demədən hər şeyi sübut etdim və ayrıldım.AzadQadin.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26