İstixəbər.info xəbər verir ki, rayonun Şəhriyar kəndi ərazisində İmanov Xalid Əjdər oğlunun idarə etdiyi traktor tarlaya işçiləri aparan zaman traktor qoşqusunun kanala aşması nəticəsində 6 qadın dünyasını dəyişib. Qadınların pambıq tarlasına getdikləri bildirilir.

Qeyd edək ki, dünyasını dəyişənlərin hamısı qohumdurlar. Qəza zamanı ana və iki qızı da qoşquda olublar.

 

Qəzada həyatlarını itirənlərin adları:

Bağırova Elnarə İldırım Əjdər qızı

Bağırova Fatimə Teymur qızı

Bağırova Zəhra Teymur qızı

İmanova Məlahət Mehbala qızı

İmanova Xəyalə Əbülhəsən qızı

Qasımova Günay Tofiq qızı