BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qərb-Resurs VCİD İB-yi Ağstafada “Gənc Sahibkarlar üçün Biznes Bacarıqları üzrə təlim” keçirib – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gürcüstan-Azərbaycan trans-sərhəd əməkdaşlıq naminə Gənc Sahibkarlıq Sinerjisi Şəbəkəsi layihəsi çərçivəsində gənc sahibkarlar üçün biznes bacarıqları təlimi baş tutub.

İstixəbər.info Mediaxeberleri.az-a istinadən xəbər verir ki, Qərb-Resurs VCİD İB yanvar ayının 25-i və 26-sı tarixdə Ağstafa rayonunda “Gənc Sahibkarlar üçün Biznes Bacarıqları üzrə təlim” keçirmişdir. Təlim AB və QDRİ – MF tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı (EaPTC) Proqramı üzrə həyata keçirilən “Gənc Sahibkarlıq Sinerjisi – trans-sərhəd əməkdaşlıq üçün şəbəkə” layihəsi çərçivəsində Gürcüstan partnyoru Vətəndaş İnkişaf Agentliyi “CİDA” ilə birgə keçirilmişdir. Təlimdə Azərbaycanın Qazax və Ağstafa və Gürcüstanın Qardabani və Saqareco bölgələrindən olan 25 nəfər sahibkar iştirak etdi. Təlimin aparıcı eksperti Tofiq Sadıxov Şəxsi İnkişaf üzrə TəlimçivəBiznes üzrə məsləhətçi Anar Veys idi. Təlim interaktiv, qrup və fərdi iş formatında həyata keçdi. İştirakçılar biznes planın hazırlanması, layihələrin təqdim edilməsi və idarə olunması haqqında məlumat aldılar. Təlimin sonunda iştirakçılar öz bines ideyaları üzrə tərtib etdikləri planları təqdim etdilər.

Qeyd etmək istəyirik ki, Şərq Tərəfdaşlığı (EaPTC) Proqramı EaPTC Şərq Tərəfdaşlığı ölkələrinə öz sərhəd bölgələrində davamlı iqtisadi və sosial inkişafa dair ümumi çətinlikləri yerli səviyyədə müəyyənləşdirmək və birgə həll etmək üçün bir imkan yaradır.

Qərb-Resurs VCİD İB-yi Ağstafada “Gənc Sahibkarlar üçün Biznes Bacarıqları üzrə təlim” keçirib

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26