BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qədim dünyanın dəhşətli seks macəraları – Maraqlı FAKTLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün dünya qadınlarının həyatını təhlükəyə atan ginekoloji prosedurlardan biri də abort və doğumdur. Çox vaxt arzulanmayan övladı dünyaya gətirməmək üçün həyata keçirdilən abort, yaxud elə gözlənilən hamiləliyin sonunda doğum prosesi qadının öz həyatını da riskə atır. Tibb və texnologiyanın inkişaf etdiyi çağdaş dövrdə bu qədər təhlükəyə yol açan doğum və abortlar qədim dövrlardə daha çox qorxulu olub.

İstixeber.info xəbər verir ki, qədim sivilizasiyaların insanları üçün cinsi əlaqə ilk növbədə nəsil artımı məqsədilə vacib idi.

Belə ki, övladı dünyaya gələn cütlüklər ətrafdakıların dərin hörmətini qazanırdılar.

Yüngüləxlaqlı ərli qadınlar isə, hamiləliyi həyatlarının ən zövqlü dövrü hesab edirdilər. Məsələn, İmperator Avqustun qızı Yuliya deyirdi ki, ərimdən başqa digər kişilərlə də rahat münasibətdə olacağım üçün hamiləliyimi səbirsizliklə gözləyirəm.

Antik dövrün insanlarının böyük elmi bilikləri olmadığı üçün ginekologiyanın incəliklərindən də xəbərsiz idilər. Bu səbəbdən də, bir çox qadın xəstəlikləri yayılırdı. İnfeksiyalar qadınlara cinsi yolla da keçirdi.

Qədim Roma şairi Katulla yazırdı: “Cinsi yolla insanlar bir-birinə nəinki xəstəliklərini hətta öz qoxularını ötürürlər”.

Həmin zamanda yaşamış tarixçi-təbib Böyük Plininin bugünədək gəlib, çatmış əlyazmalarında sözügedən dövrün doğuşlarına aid faktlar toplanıb. Təbib düşünür ki, qız uşağını dünyaya gətirmək, oğlandan qat-qat çətindir. Doğuşu sürətləndirmək üçün Plini qadının qarnı üzərinə kaftarın sağ pəncəsini kəsib qoymağı təklif edirdi. Bu rəmzi məna daşıyırdı. Çünki kaftar ən sürətli qaçan heyvanlardan biridir. Tarixçi həmçinin qaz nəcisini içməyin doğumu sürətləndirdiyini və asanlaşdırdığını düşünürdü.

Doğum anında ağrıkəsici kimi isə donuz uşaqlığını, bal və şərab qarırışımı içməyi tövsiyə edirdi. Bu primitiv üsullar müasir ginekologiya elmində rişxəndlə qarşılanır.

Qədim Roma və Yunanıstanda hər gün doğum zamanı saysız hesabsız ana və körpə ölümü baş verirdi. Odur ki, qadınlar arzuolunmaz hamiləlikdən qorunmağın yollarını axtarırdılar. Hamilə qalmaq, dövrün fahişələri üçün də ən böyük faciə idi. Abort isə, çox zaman qadını ya şikəst edir, ya da, ölümü ilə nəticələnirdi. Yeganə ümid hamiləliyi sonlandıran, kontraseptiv həblər idi.

“Qadın təbiəti haqda” traktatında Hippokrat bunun üçün tərkibində bal olan bir neçə həb resepti təklif edir. Bal bugün də arzuolunmaz hamiləliyi sonlandırmaq üçün ən effektiv təbii vasitə sayılır.

Antik yunan alimi Soranus isə, öz “Ginekologiya” əsərində bir sıra qadın problemlərinə toxunur. O, kontraseptiv həb kimi nar qabığını məsləhət görür. Soranusun reseptləri arasında bir sıra tamponlar da var ki, qadın orqanizmi üçün ölümcül təhlükə yarada bilər./publika.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26