BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Putin dünyanın gözlədiyi qərarı AÇIQLADI: “Geri çəkilirik”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Rusiya 2021-ci ildə başa çatacaq Strateji Silahların Azaldılması Razılaşmasından (START) imtina edir.

İstixeber.info Fransanın AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib.

REKLAM

Sankt-Peterbuqrda keçirilən Beynəlxalq İqtisadi Forumda (SPIEF 2019) çıxış edən prezident bildirib ki, razılaşmadan çəkilmək üçün hazırlıqlar aparılır.

“ABŞ-ın raketlərlə bağlı razılaşmadan çəkilməsi qlobal təhlükəsizliyi sual altında qoyur. Beynəlxalq silah nəzarəti sisteminin çökməsi məsələsində ciddi risk mövcuddur”-, Putin bildirib.

Qeyd edək ki, START 8 aprel 2010-cu ildə prezident Dmitri Medvedev ilə amerikalı həmkarı Barak Obama arasında imzalanmışdı.

ABŞ Konqresi prezident Donald Trampa ünvanladığı yazılı məktubda razılaşmanın müddətinin uzaldılmasını tələb etmişdi.\publika.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26