BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Professor oğurluğa görə işdən qovuldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda unikal hadisə baş verib: professor plagiata görə qovulub.

İstixəbər.info bakupost.az-a istinadən xəbər verir ki, Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi “İqtisadiyyat” qəzetində institutun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib.

Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş. Oğurluq yazı böyük rezonans doğurub. Çünki təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.

Dünən İqtisadiyyat İnstitutunda məsələ ilə bağlı iclas keçirilib, əməkdaşların hərəkətləri pislənilib və müxtəlif cəzalar təklif edilib. Hər iki əməkdaş cazəlandırılıb.

Plagiat məqalənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub. Bu, Azərbaycanda professorun plagiata görə işdən qovulması ilə bağlı ilk hadisədir.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26