BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Prezident İlham Əliyevdən SƏRƏNCAM


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Prezident İlham Əliyevin imzaladığı 23 iyul 2019-cu il tarixli Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib.

İstixeber.info-nun məlumatına görə, Sərəncamla Xarici işlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Səhiyyə, Mədəniyyət nazirlərinin müavinləri, Dövlət Turizm Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Mərkəzi Bankın sədr müavinləri, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri isə birgə Komissiyanın ölkəmiz tərəfindən üzvləri təyin olunublar.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26