BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Prezident İlham Əliyev və qızı Leyla Əliyeva matç izlədi – Fotolar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.

İstixeber.info xəbər verir ki, prezident İlham Əliyev və qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.

“Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.

Əvvəlcə İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb. UEFA Avropa Liqasının kuboku ölkə başçısına təqdim edilib. Sonra xatirə şəkli çəkdirilib.

Sonra İlham Əliyev oyunu izləyən gənc azarkeşlərlə görüşüb, xatirə şəkilləri çəkdirib.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26