BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Prezident İlham Əliyev fərman imzaladı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

İstixeber.info Fərmanın mətnini təqdim edir:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 93; 2003, № 10, maddə 571; 2009, № 4, maddə 226) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”.

2. Dördüncü abzasdan “6-cı maddəsinin 5-ci hissəsinin 2-ci abzasında,” sözləri çıxarılsın və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur.”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26