BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Politoloq Əli Quliyev: “Sosial Tədqiqatlar Mərkəzi cəmiyyətlə dövlət arasında bir körpü rolunu oynayacaq”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sosial Tədqiqatlar Mərkəzi cəmiyyətlə dövlət arasında bir körpü rolunu oynayacaq.

İstixeber.info xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədr müavini, politoloq Əli Quliyev bildirib.

Ə. Quliyevin sözlərinə görə, sosial Tədqiqatlar Mərkəzi insanların Sosal rifahının yaxşılaşmasına bir basa xidmət edəcəkdir. İctimai rəyin lazımi distansiyalara vaxtında çatdırılması və zamanında araşdırılması baxımında yaradılan yeni Sosial Tədqiqatlar Mərkəzi çox əhəmiyyətlidir. Belə bir mərkəzin yaradılması uzun zamandır formalaşan zəruriyyətdən irəli gəlir. Məhz sosal münasibətlərin araşıdırılması sahəsində olan boşluğu aradan götürmək üçün möhtərəm cənab Prezident olduqca əhəmiyyətli olan Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasına fərman vermişdir. Yaranmaqda olan bu təşkilat əhalinin birbaşa sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək. Artıq ictimayəti narahat edən məsələlər qrum tərəfində nəzarətə götürülərək araşdırılacaq. Kütləni narahat edən məslənin hansı qrumun fəaliyyəti istiqamətində olduğu öyrənilərək aidiyyəti qrum təqdim ediləcək. Bütün bunlar onu göstərir ki, Sosial Tədqiqatlar Mərkəzi eyni zamanda cəmiyyət və dövlət münasibətlərinin tənzimlənməsində böyük rol oynayacaq. Nəzərə alsaq ki, sosal münasibətlər vətəndaşlarımızın birbaşa arzu və istəklərinin ifadəsidir bu baxımdan yaradılan mərkəz cənab Prezidentin xüsusi ilə bu sahəyə göstərdiyi qayğı və diqqətdən xəbər verir. Ölkəmizdə aparılan islahatların uğurlu davamı olaraq Sosal Tədqiqatlar Mərkəzi hesab edirəm ki, çox yaxın vaxtlarda fəaliyyətə başlayaraq sosal münasibətlərin araşdırlması və ictimayi rəyin öyrənilməsi istiqamətində öz töhfəsini verəcəkdir. Qrumun fəaliyyəti sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədi daşıyır. Bu da öz növbəsində onu göstərir ki, informasiya texnalogiyalarından istifadə edib sosial mühitə müdaxilə edərək rəy formalaşdırmağa çalışan yad ünsürlərin əməlləri vaxtında araşdırılaraq onlara qarşı lazımi qabaqlayıcı tədbirlər görüləcəkdir. Bütün bu xidmətləri ümumiləşdirəndə görünür ki, yeni yaradılan mərkəz ölkəmizin həm xarici, həm də daxili təhlükəsizliyinin təmin olunmasında da böyük rol oynayacaqdır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26