BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

POLİSLƏR ONLARIN HƏYATINI XİLAS ETDİ – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gecə saat 1 radələrində Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin ətrafında izdiham yaranmışdı.

Məntəqənin yanacaq saxlama anbarında iki nəfər huşsuz halda yıxılıb qalmışdı. Onlardan biri məntəqənin işçisi, digəri isə onu anbardan xilas etməyə çalışan məntəqə sahibi idi. İzdiham getdikcə artırdı, ancaq anbara daxil olmaq mümkün deyildi. Ərazidə xidmət aparan Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları, polis serjantları Elman Təhməzov və Nəriman Əliyev izdihamın olduğu yerə yaxınlaşaraq mövcud vəziyyəti öyrəniblər. Vaxt az, həmin şəxsləri isə oradan xilas etmək həddən artıq riskli görünürdü. Buna baxmayaraq polis əməkdaşları zəhərli qazla dolmuş anbarın içərisinə daxil olaraq huşsuz halda yıxılıb qalmış vətəndaşları oradan sağ-salamat çıxarmağa nail olublar. Vətəndaşları xilas edən zaman polis əməkdaşları özləri də zəhərlənərək huşunu itirib. Daha sonra kənd sakinlərinin köməkliyi sayəsində onlar təcili tibbi yardım vasitəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Həkimlərin səyi nəticəsində həm vətəndaşların, həm də polis əməkdaşlarının həyatını xilas etmək mümkün olub. Hazırda onların vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarının səhhəti yaxşılaşdıqdan sonra ilk soruşduqları vətəndaşların vəziyyəti olub. Ağcabədi rayon Şərəfxanlı kənd sakinləri Tofiq Cəfərov və Əmrah Əliyev onları xilas edən polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26