BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Polis əməliyyat keçirdi, qanunsuz silah-sursat yığıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən İstixəbər.info-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Nüsrət İbrahimov “Makarov” markalı tapançanı, 97 ədəd müxtəlif çaplı patronu və 2 ədəd patron darağını könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinə təhvil verib.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Hatəm Cəlilovun yaşadığı bağ evinin həyətindən torpağa basdırılmış lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Cavid Süleymanovun evindən “TOZ-8” markalı ov tüfəngi, həmçinin metamfetamin preparatı aşkar edilərək götürülüb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26