BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Övladlığa götürülən uşaqlar üzərində NƏZARƏT – YENİ SİSTEM


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Övladlığa götürülən uşaqlar üzərində nəzarət həyata keçiriləcək”.

İstixeber.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.


Onun sözlərinə görə, yeni qanunvericilikdə övladlığa götürmə prosesində əsas yükü sosial işçilər daşıyacaqlar: “Həmin sosial işçilər DOST mərkəzlərində fəaliyyət göstərəcəklər. Onlar övladlığa götürmə prosesinin özündə və prosesdən sonra valideynlər, eyni zamanda övladlığa götürülən uşaqların həyat şəraitinin yoxlanması üzrə monitorinq həyata keçirəcəklər. Bu monitorinqlər övladlığa götürülən uşağın 18 yaşına qədər davam edəcək. Birinci il monitorinqlər rüblük olacaq, sonra isə illik monitorinq aparılacaq. Artıq monitorinqlərin hansı formada aparılması və digər şərtlərlə bağlı layihə hazırlanır”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26