BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ötən ay Əfqanıstanda 900-dən çox insan öldürülüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  

İstixəbər.info xəbər verir ki,Əfqanıstanda 2019-cu ilin yanvarında baş verən silahlı toqquşmalar zamanı 900-dən çox insan həlak olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, silahlı toqquşmalar zamanı həmçinin azı 800 sakin yaralanıb. Öldürülənlər və yaralananlar arasında “Taliban” hərəkatının silahlıları, Əfqanıstan ordusunun hərbi qulluqçuları, əcnəbi hərbçilər, mülki şəxslər də var.

Bu il ilk silahlı toqquşma yanvarın 1-də, “Taliban” hərəkatının silahlıları Sari-Pul bögəsinin Sayad vilayətinə hücum edərkən baş verib. Atışma zamanı təhlükəsizlik orqanlarının 20 əməkdaşı həlak olub, daha 23 nəfər yaralanıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının hansı şərtlər altında Əfqanıstandan çıxarılmasına razılaşa biləcəyini açıqlayıb.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26