BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Orxan Camalın cənazəsi Moskvaya gətirildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mərkəzi Afrika Respublikasında qətlə yetirilən Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camal və digər iki rusiyalı media nümayəndəsinin cənazəsi Moskvaya gətirilib.

İstixəbər.info xəbər verir ki, cənazələri daşıyan “Air France” aviaşirkətinin təyyarəsi “1144” saylı reyslə Şeremetyevo hava limanına eniş edib. Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər üzərində 2 gün ərzində ekspertiza həyata keçirilməsi planlaşdırılır. Orxan Camalın dəfni 8 avqust tarixində keçiriləcək və vida mərasimi Moskvanın Cümə məscidində baş tutacaq.

Qeyd edək ki, jurnalistlər MAR-a sənədli film çəkilişi üçün yollanıb və qeyri-müəyyən şəxslər tərəfindən öldürülüb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26