BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ölümün bir addımlığında addımlayan uşaqlar. Məsuliyyətdən yaxa qurtarmaq istəyən məmurlar..


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytı olaraq xəbər veririk ki, 04.11.2018-ci il tarixində saytımızın whatsapp əlaqə nömrəsinə Xudat şəhərinin bir qrup sakini adından şikayət məktubu daxil olub. Məktubda həm yazılı , həm də foto formasında olunan müraciətdə şəhərin mərkəzi küçələrindəki işıq dirəklərinin aşağı hissəsində naqillərin qoşulma yerlərinin üstlərinin açıq qalmasından və gecə vaxtı küçədə işıqların olmamasından bəhs olunur. Bu gün çəkiliş qrupumuz adı çəkilən şəhərdə sadalanan vəziyyətlə tanış olub. Sakinlərin dediyi kimi vəziyyət çox acınacaqlı idi. Xudat şəhərinin mərkəzi küçəsində demək olar ki, bütün dirəklərin aşağı hissəsində naqillər çöldə, bəzilərinin üstü isə təmiz açıq idi. Nəzərə alsaq ki, bu küçə ilə hər gün yüzlərlə şagird məktəbə gedib-gəlir, bu problemin nə dərəcədə ciddi olduğunu anlamaq çətin deyil. Sakinlərin bizə müraciət etməklərinə əsas səbəb kimi həmin şagirdlərin çöldə qalan naqillərlə oynamasının şahidi olduqdan sonra baş verib və bir neçə valideyinin müdaxiləsindən sonra uşaqlar həmin ərazidən uzaqlaşdırılıb.

Vəziyyətin ciddiliyini nəzərə alıb Azərişığın Xaçmaz rayon şöbəsinin rəisi Ramil MəmmədovXudat elektrik şəbəkəsinin qəza –təmir şöbəsinin rəisi Natiq  Mustafayevlə əlaqə saxladıq. Hər iki tərəf cavabında bizə bildirdi ki, küçə işıqları dediyiniz məsələ bizim tabeliyimizdə deyil. Bu məsələ bir başa Xudat şəhər İcra nümayəndəliyinə məxsusdur. Çünki həmin mərkəzi küçənin işiq xətlərinin nə layihəsi bizdə yoxdu nədə onun təmirin biz həyata keçirtmirik.

Məsələni bir az da dəqiqləşdirmək üçün Xaçmaz rayon İH-nin Xudat şəhər üzrə icra nümayəndəsi Akif Mərdanov əlaqə saxladıq. Akif müəllim saytımıza bildirdi ki, dediyiniz işıq xəttlərinin təmiri və s. bizə aidiyatı yoxdu. Biz sadəcə işıq pulunu ödəyirik. Hansı xəttlər açıqdır, hara bərbad vəziyyətdədir gəlsinlər təmir etsinlər. Neçə dəfələrlə xəbərdar etmişik amma bir nəticə yoxdu. Sizin nəzərinizə onu da çatdırım ki , bir neçə gün bundan öncə bizə  11891 manat işıq pulu gəlmişdi, ödəmədim, qaytardım getdi dövlətə.. Yenə deyirəm bu məsələ bizim balansımızda deyil.

Tanrıverdi Mustafayev

Xudat şəhərinin mərkəzi küçəsindəki işıq dirəklərində olan acınacaqlı vəziyyəti hər iki aidiyatı quruma məlum etdikdən sonra məsələni daha dərindən dəqiqləşdirmək üçün Azərişıq ASC –nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq.Tanrıverdi müəllim bir mənalı olaraq bildirdi ki,istər Bakı şəhəri  və digər şəhərlər, istər rayonlar olsun mərkəzi küçələrdəki işıq dirəkləri və işıq xəttləri rayon İH-nin və İcra nümayəndəliklərinin balansındadır. Orada olan məsələləri özləri həll etməlidirlər.

Hörmətli Xudat şəhər sakinləri və İstixəbər.info saytına müraciət edən valideynlər , siz hər ehtimala qarşı övladlarınızı həmin küçə ilə özünüz məktəbə aparıb gətirin ki, həmin üstü açıq xətlərə uşaqlarınız toxunmasın.

Bizim isə burdan aidiyyatı qrumlara sadəcə bir sözümüz qalır. Bu məsələ lazimi səviyyədə ictimailəşəcək, dövlət qrumlarına çatdırılacaq. Amma çalışın məsələni, problemi vaxtında həll edin ki, həmin üstü açıq naqillərə toxunub həyatını itirən elə birinci sizin övladınız olmasın. Belə getsə həmin xətlərə toxunub kimsə həyatını itirəcək. Bəs onda bu məsuliyyəti kim daşıyacaq?!

Sonda isə prezident İlham Əliyevin məmurlar haqqında söylədiyi sözlərlə yekunlaşdırırıq.

“Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər.”

                                                                                                     İlham Əliev

Qəzalı vəziyyətdə olan işıq dirəklərindən hazırladığımız videomarerial…

İstixəbər.info İnformasıya Portalı Xudat-Xaçmaz 2018-ci il

Baş redaktor : Rəşad Orucoğlu Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26