BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ölən şagirdin atası: Ölümün səbəbi “Hell” deyilmiş


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Goranboy rayonunda VIII sinif şagirdi Xəyal Qəhrəmanovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir.

İstixəbər.info xəbər verir ki, rayon sakinləri Yeni kənd orta məktəbinin şagirdi olmuş Xəyal Qəhrəmanovun ölümünə “Hell” enerji içkisinin səbəb olduğunu iddia edirlər:

“Xəyal Qəhrəmanov idmana gedirdi. Onu yarışa girməzdən əvvəl “Hell” içdiyini görüblər. Amma eyni zamanda xəstəliyi də var idi”.

Yeni kənd orta məktəbindən isə AzNews.az-a bildirilib ki, Xəyal Qəhrəmanov xəstəxanada müalicə olunub: “Bir müddət xəstəxanada yatdı, tromb (damarlarda əmələ gələn qan laxtası) xəstəsi idi. Onun “Hell” içkisindən dünyasını dəyişməsi inandırıcı deyil. O qədər “Hell” içənlər var ki…”

Mərhumun atası Vaqif Qəhrəmanov da oğlunun ölümünün “Hell”lə heç bir əlaqəsinin olmadığını deyib: “Xəyal xəstə idi. Ayaqlarında tromb var idi. İdmana gedirdi. Güləşi, qaydasız döyüş idman növlərini sevirdi. Gələcəkdə idmançı olacaqdı, amma xəstəlik imkan vermədi. Dəfələrlə müalicə olundu. Qırx gün ölümlə mübarizə apardı. Həkimlər ayağa durmağa, gəzməyə icazə vermirdilər. Əməliyyat olunmalıydı. Gah temperaturu yüksəlirdi, gah da qan durulurdu. Bir də baxdıq ki, Xəyal yoxdur. Belə olan halda “Hell” harada içdi? Analizin cavabı da evdədir”.

Qeyd edək ki, X. Qəhrəmanov bir neçə gün əvvəl xəstəxanada ölüb./Oxu.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26