BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Öləcəyimiz vaxtı öncədən biləcəyik – YENİ KƏŞF


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Böyük Britaniyanın Nottingem Universitetinin ekspertlərinin apardığı yeni tədqiqat süni intellekti vaxtsız ölümün proqnozlaşdırılması üçün istifadəyə imkan verib.

İstixeber.info Yenciag.az-a istinadən xəbər verir ki, alim və doktorlardan ibarət mütəxəssislər qrupu ortayaşlı insanlarda xroniki xəstəliklərə görə vaxtsız ölüm riskinin proqnozlaşdırılması üçün kompüter təlimi alqoritmləri sistemini hazırlayaraq sınaqdan keçirib. Məlum olub ki, süni intellekt sisteminin proqnozları insanlar tərəfindən hazırlanan standart yanaşma ilə müqayisədə daha dəqiqdir və daha yaxşı işləyir. 40-69 yaşlı yarım milyondan çox insanın sağlamlıq vəziyyəti haqqında məlumatlardan istifadə edən tədqiqatçıların sözlərinə görə, süni intellekt proqramlarının əksər hissəsi diqqəti bir xəstəlik sahəsinə yönəldib, lakin ölmün müxtəlif faktorlara görə proqnozlaşdırılması xüsusilə ətraf mühitin təsiri nəzərə alınmaqla çox çətindir.

Tədqiqatçıların fikrincə, süni intellekt riski nəzərə almaqla ayrı-ayrı xəstələr üçün fərdi müalicəni seçən gələcək metodikaların hazırlanmasında əhəmiyyətli rol oynayacaq.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26