BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

OĞURLUQ EDƏN ÜÇ YENİYETMƏ SAXLANILDI – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qubada oğurluq edən 3 yeniyetmə saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınalıq kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən üç yeniyetmə saxlanılıb.
Dindirilmə zamanı həmin yeniyetmələr törətdikləri oğurluq əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, onlar zərərçəkənlərin evdə olmadığı vaxtlarda qanunsuz olaraq evlərə daxil olaraq, ümumilikdə iki evdən 2 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd qol saatı, 1 ədəd durbin, 1 ədəd “İj” markalı ov tüfəngi, 1 ədəd patrondaş və 12 ədəd patron, 1 ədəd süngü-bıçaq, həmçinin məişət avadanlıqları və geyim əşyaları oğurlayıblar.
Oğurlanmış əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26