BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qusar rayonunda oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Qusar rayonu Köhnəxudat kənd sakini Orxan Gülməmmədov noyabrın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 350 manat pulunun oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar Qusar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xürel kənd sakini İsmayıl Mədətov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evə qanunsuz daxil olaraq oradan 350 manat pul oğurladığını, əldə etdiyi pulları isə rayon ərazisində xərclədiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26