BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“O dünyanı görüb qayıtdım” – Rəşid Mahmudov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Səhhətim indi yaxşıdır, müalicələrim evdə davam edir”.

İstixəbər.info xəbər verir ki, bu barədə modern.az-a Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov səhhətində yaranmış problemlər haqqında danışarkən deyib. O bildirib ki, ağır əməliyyat keçirib və daxili orqanlarının bir neçəsində problem yaranıb:

“Oktyabr ayının 15-dən 25-nə qədər xəstəxanada – Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicə aldım. Həkim, professor Xaləddin Musayev diaqnoz qoydu və professor Rauf Qasımovla birlikdə müalicəmə başladı. Həmin qabiliyyətli həkimlərimiz məni kəskin konkryativ və öd yollarının tutulması diaqnozu ilə nəzarətə götürdülər. Tanrıverdi həkim isə əməliyyat edərək, ödümdəki daşı götürdü. Ödümdə yaranmış problem dolayısı ilə qaraciyərə də təsir etdi və çox ağrılı prosedurlar keçirdim. Xəstəxanada qaldığım günlərdə ağrılarım o qədər şiddətli olurdu ki, morfi də kömək etmirdi. Ancaq narkoz verməklə məni sakitləşdirə bilirdilər. Müalicə aldığım müddətdə o dünyanı görüb qayıtdım və başa düşdüm ki, ölünü diriltmək mümkündür.

Klinikanın direktoru, professor Surxay Hadıyev və baş həkim Ramiz Poluxov mənə hər gün baş çəkir, durumumla maraqlanırdılar. Elə sizin saytınız vasitəsilə adını çəkdiyim həkimlərə minnətdarlığımı bildirirəm.

Keçirdiyim ağır günlərdə dəstək olan, sağalmağımı istəyən bütün həmvətənlərimə, dostlarıma, tanıdığım və tanımadığım insanların hər birinə təşəkkürümü bildirirəm. Mənə görə çox narahat olublar, hörmət göstəriblər. Dönə-dönə təşəkkürümü və sayğılarımı çatdırıram”.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26