BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Niyə dini dərslərin tədrisinə qarşıyıq ?! – Mirismayıl Xələfli yazır…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Orta və Ali məktəblərdə Dini dərslərin tədrisi” ilə bağlı məsələ gündəmi zəbt edib.

Dünəndən bugünə anlayışı, savadı olan olmayan hər kəs bu mövzu haqqında fikir bildirməyə çalışır. Dini geridə qalmışlıq, elmdən uzaqlıq kimi dəyərləndirənlər də var ki,Mars planeti harda yerləşir, niyə o planetin adı Marsdır? və s bu kimi  sualların qarşısında aciz qalanlar “Avropa Marsa uçur, biz hələ dində ilişib qalmışıq” cümləsini çeynəyə-çeynəyə qalıblar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəyərli bir fikir səsləndirib ki, dini geridə qalmışlıq kimi anlayanlara ən möhtəşəm cavab kimi demək olar. “Siz Marsa uçduzda , Hicab ayağınızamı ilişdi?” Sosial şəbəkələrdə insanların dinə və dini dərslərə bu qədər aqressiyasını iki səbəbə söykəyib anlamaq olar.

REKLAM

1. Cəmiyyət Təhsil Nazirliyinə inanmır. Təhsil Nazirliyi nəinki dini mövzuda, bütün fənlərdə cəmiyyətin etibarını itirib. Təhsil dedikdə artıq Təhsil Nazirliyi deyil, repetitor göz önündə canlanır. Orta məktəblə ali məktəb arasında körpü imtahanlar olmalı olduğu halda, daha çox repetitorlar körpü funksiyasını yerinə yetirir. Ölkədə orta məktəbləri keyfiyyət və kəmiyyət baxımından geridə qoyan hazırlıq kursları, sayı nazirliyin özünə də müəmma qalan fərdi hazırlıq müəllimləri- bunlar hamısı cəmiyyətin gözündə Təhsil Nazirliyini adiləşdirir. Dini dərsləri aqressiya ilə qarşılayan insanları daha çox bir sual maraqlandırır. “Dini dərsləri orta məktəblərdə kimlər tədris edəcəklər?”

2. Nəinki, etibar və güvən, daha betər insanların qorxduğu “dindarlar” səbəbindən insanlar istəmirlər ki, dini dərslər tədris olunsun. İslam dininin yalnız qadınlarla bağlı mövzularını özlərinə sərf edərcəsinə təhrif edərək yaşamağa çalışan, bütün məsələlərdə zarafat-lağlağa obyektinə çevrilən, əslində bütün həyatı özündə ehtiva edən İslam dinini yalnız yaslar çərçivəsinə salıb, insanlarda İslam dininə qarşı aşağılayıcı fikirlər aşılayan mollalar məhz dini tədrisin çox qorxulu olacağını aşılayıb cəmiyyətə. Bir tərəfdə 4 arvadlılıq və siyğə kimi mövzuları əlində “bayraq” edib fikirlərini qarışdıranlar, digər tərəfdə “Allahu Əkbər “ deyib baş kəsərək vəhşilik edənlər İslam dinini qorxulu, əcaib-qəraib görkəmdə göstərə bilməyə nail olublar. Əslində, İslam dini yalnız Qurani Kərimdən başqa heç bir dini kitabda oxuya bilmədiyimiz qədər haqq-ədalət, sülh, insanlıq yoludur. İslam Peyğəmbərinin özünün də dediyi kimi “İslam dini tükdən incə vicdan işidir” . İslam dini vicdansızların həyat tərzi deyil. İslam dini qadını ali zirvəyə qaldıraraq bütün savablarla qazanılan cənnəti Anaların ayaqları altına sərdi. Qız uşaqlarını vəhşi ərəblərin cahillik dövründən diri-diri basdırılmasından qurtarıb ucaltdı. Amma böyük məyusluqla deyə bilərəm ki, 40, 50 yaşlarına kimi yaşadıqları illər ərzində etmədikləri insanlıqdan kənar işlər qalmayan, qocalıb bir iş sahibi ola bilməyəcəklərindən “Çərəkə” deyilən rus hərfələri ilə yazılmış sürələr kitabı ilə insanlara din “dərsi” keçməyə çalışan lazımsız insanlar cəmiyyəti dindən qorxutmağı bacarıb. Amma unutduqları bir şey var, İslam onlardan deyil, Qurani Kərimdən başlayır. Buna görə də, dini dərslərin tədris olunması, Qurani Kərim vasitəsilə İslam həqiqətələrinin insanlara olduğu kimi çatdırılması vacibdir. Bu işin öhdəsindən isə yalnız İslam fəlsəfəsi üzrə ali təhsil alan şəxslər gələ bilər, dini ləkələyən mollalar yox. Əgər tədrisə molla təfəkkürü ilə yaşayan şəxslər cəlb olunsa, ölkə yenidən din pərdəsi altında cahilliyə dövrünə qayıdacaq. Yekunda isə Sabirin  bu fikri(”Cin görürəm,şeytan görürəm qorxmuram, Harda müsəlman görürəm qorxuram”) sərlövhəsinə çevriləcək.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26