BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nazlı Çələbidən Baba Pünhanın məhşur şerinə cavab


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

« Mən Allaha sən deyirəm , sənə siz mi deyim?»
Sözün deyib getdin Pünhan.
Saldın yaman dərdə bizi , gic əlində qoydun, Pünhan !
Bu millətin ədəbsizin tənqid edib göstərən sən,
Bir beyt ilə ədəbsizi üstümüzə qaldırmısan .
Dediklərin min kəlmədən hec birini eşitməyib,
Bu kəlməni bayraq edib , beyinlərə mıxlamısan.
Götürdülər ortalıqda olan qalan hörməti də
«Sən» deməkdən utanmayib , « siz» sözündən çəkindilər.
Yad qadına hardan hara ərk edərək sən dedilər?
Böyuk kiçik gözləmədən
Sola sağa ,kimə gəldi tüpurdülər.
Əxlaqsızlıq simvolu tək
Özgəsinin namusumdan « səmimilik» gözlədilər
Gör nə gunə qaldıq Pünhan !
Getdi əldən həya ,iman !
Vaz keçənlər hormət izzət məqamından,
İndi səni hər işinə şahid kimi gətirirlər.
Qürrənəlib , sevinirlər.
Hayıf səndən baba Pünhan !
Sağlığında böyüklərdən böyük oldun,
Hər məqamda faş etdiyin ədəbsizin
Bir sözünlə dillərində əzbər oldun…

Nazlı Çələbi

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26