BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nazir Afət Fərmanqızının mahnısına münasibət bildirdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Mən, ümumiyyətlə, yaradıcı prosesə həssaslıqla yanaşmanı tövsiyə edirəm. Xüsusilə nüfuzlu insanların mahnılarını belə tərzdə ifa etmələrinə qarşıyam”. 

İstixeber.info “qafqazinfo”ya istinadla xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlini ifa etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, daxili nizam olmalıdır: “Elə əsərlər var ki, uğurlu və uğursuz olur, tənqidlərə məruz qalır. Buradan tövsiyə edirəm ki, Azərbaycanın böyük tarixi mirası var. Bunu müasir şəkildə, yeni formalarda təbliğ etməkdə nümunə olmalıdırlar.

Azərbaycanda senzura yoxdur. Lakin rəsmi məktub yaza bilərəm ki, bu cür nümunələri bir qədər yığışdırsınlar”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26