BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

NARKOTİK VASİTƏNİ ÇAY KƏNARINDA GİZLƏDƏN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

NARKOTİK VASİTƏNİ ÇAY KƏNARINDA GİZLƏTMİŞDİ.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 21 yaşlı Mehman Balayarov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı cibində olan siqaret qutusundan çəkisi 2,7 qram təşkil edən qurudulmuş marixuana aşkar edilib.

M.Balayarovun ətrafında aparılan tədbirlərlə onun yaşadığı Zizik kənd ərazisində narkotik vasitə gizlətdiyi məlum olub. Polis əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə kənd ərazisində keçən çayın sahilinə baxış zamanı oradan sellofan torbada təmiz çəkisi 295 qram olan qurudulmuş marixuana aşkar edilib.

Saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün çay kənarında gizlətdiyini bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26