BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xızı Rayon Polis polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Altıağac qəsəbə sakini 30 yaşlı Rəşad Bağırov saxlanılıb. RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 445 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.
Həmçinin Şabran RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə uğurlu əməliyyat-axtarış tədbirlər həyata keçirilib. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər 48 yaşlı Cavid Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 20 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırmalar aparılır.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26