BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan İstixeber.info-ya  verilən məlumata görə, fevralın 25-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 31 yaşlı Gündüz Xalıqverdiyev saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 14 ədəd kağız bükülüdə ümumi çəkisi 2.8 qram çəkidə narkotik vasitə olan “heroin”, 2 ədəd kağız bükülüdə ümumi çəkisi 11 qram olan marixuana və 0.034 qram “heroin” məhlulu aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı G. Xalıqverdiyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26