BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Narkotik çəkib həyat yoldaşını 5-ci mərtəbədən atdı – AZƏRBAYCANDA DƏHŞƏTLİ CİNAYƏT (FOTO)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda narkoman kişi həyat yoldaşını qətlə yetirib.

İstixəbər.info-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayon, məhəllə 381, R.Behbudov küçəsi ev 65, mənzil 51 ünvanında baş verib.

Mənzildə qeydiyyatda olan Taxveli Adelya Azər qızı yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, qadını həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlu yaşadıqları evin eyvanından aşağı atıb.

Şəxsə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib. R.Taxvelinin hadisəni narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi qeyd olunur.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və R. Taxveli saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.    /Baku.ws

İstixəbər.info 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26