BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Narkomaniya, dini radikalizm və erkən nikaha daxilolmaya yox deyək” mövzusunda tədbir keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bərdə rayonunda “Narkomaniya, dini radikalizm və erkən nikaha daxilolmaya yox deyək” mövzusunda tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kətəlparaq kənd orta məktəbində “Narkomaniya, dini radikalizm və erkən nikaha daxilolmaya yox deyək” mövzusunda tədbir keçirilib.
Əvvəlcə şagirdlərin “Azərbaycan Polisi məktəblilərin gözü ilə” mövzusunda əl işləri nümayiş olunub.
Daha sonra RPŞ-nin rəisi, polis polkovniki İlqar Məmmədov tədbiri giriş sözü ilə açaraq əsrimizin bəlasına çevrilən narkotik vasitələrin insan həyatına vurduğu zərərdən, yaratdığı asılılığın fəsadlarından və cəmiyyətin inkişafına göstərdiyi dağıdıcı təsirindən bəhs edib, bütün bunların əsl fəlakət olduğunu bildirərək, yeniyetmələrin cəmiyyətdə düzgün mövqe tutması üçün tövsiyələrini verib. Narkotik vasitələrin dövriyəsinin yolverilməz olduğunu bildirən polis rəisi respublikamızın hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə apardıqları uğurlu əməliyyat tədbirləri haqda iştirakçılara geniş məlumat verib. O gənclərin vətənpərvər ruhda böyümələri, vətənin hər zaman keşiyində durmağı, müzəffər ordumuzun qəhrəman döyüşçülərinin şərəfli döyüş yolunu layiqincə davam etdirməyə hazır olmalarının zəruriliyini bildirib.
Tədbirdə çıxış edən RPŞ-nin Veteranlar Şurasının sədri Dilən Həsənov narkotik vasitələrin, erkən nigaha daxilolmanın həm kobud qanun pozuntusu, həm də insan orqanizmi üçün mənfi cəhətlərindən bəhs edərək, gənclərin sağlam həyat yaşamağının və vətənpərvər ruhda böyüməyinin cəmiyyətin əsas inkişaf meyarlarından biri olduğunu izah edib.
Rayon Gənclər və İdman Cəmiyyətinin sədri Aydın Qasımov narkomaniyanın gənc yaşlardan aludəçisinə çevrilən insanlarda göstərdiyi fəsadlar haqda geniş məlumat verib və gəncləri bu yola düşməməsi üçün ailə və təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdən fotoları təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26