BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nabranda itmiş 3 yaşlı uşaq oğurlanıbmış


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nabrandakı “Mayak”istirahət mərkəzində itkin düşmüş 3 yaşlı İsmayıl Novruzov  tapılsa da ailə üzvləri, yaxınları onun oğurlanması fikrində qalıblar.

İstixəbər.info İstiPress-in şimal bürosuna istinadən bildirir ki, uşaq tapılmamışdan öncə uşağın oğurlandığını deyən əmisi Elnur Novruzov yenə həmin fikirdə olduğunu söyləyib.

Uşağın babası İsmayıl Novruzov da hesab edir ki, adaşı olan nəvəsi oğurlanıb. Onun sözlərinə görə, axtarışların güclü olması uşaq oğrusunun əməlini yarımçıq qoyub: “İsmayıl oğurlanmışdı – istirahət mərkəzindən. Gördülər ki, aləm qarışıb, orqanlar, camaat axtarır, helikopterlər axtarır, gətirib atıb qaçıblar çayın içinə, çıxıblar aradan”.

Baba söylədi ki, hadisədən bütün ailə şok keçirib, istirahətə getmələri onlara böyük stress yaşatdı. İsmayıl Novruzovun sözlərinə görə, nəvəsini bu gün həkimə aparıblar, güclü stress keçirib uşaq, travma da alıb: “Uşağı yerə atanda əzilib, qabırğasında əzilmə var, müalicəyə başlamışıq”.

Amma baba söylədi ki, heç bir inzibati orqana müraciət etməyib, yarasını təzələmək istəmir. Çünki Nabran səfəri onlara böyük bir  şok yaşadıb.

0

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26