BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nərimanov rayonunda “Lexus”dan 2400 manat oğurlandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135-də yerləşən yuyucu məntəqəsində avtomobildən oğurluq olub.

İstixəbər.info xəbər verir ki, maşını avtomobillərin yuyucu məntəqəsinə verən Emin Allahverdiyevin 2400 manat pulu oğurlanıb. Belə ki, avtomobili yumaq üçün verən maşın sahibi 2400 manat pulu unudaraq maşının sandıqçasına qoyub. Təxminən 2 saatdan sonra geri qayıdan zaman pulun oğurlandığının şahidi olub. Zərərçəkən dərhal polisə məlumat verdikdən sonra hadisə yerinə polis bölməsinin əməkdaşları gəlib və şahidləri dindiriblər.

Faktla əlaqədar Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26