BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nənəsigilə qonaq gələn azyaşlı qızı maşın vurdu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Qaxda 11 yaşlı qızı maşın vurub.

İstixeber.info xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində baş verib. Qax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəkiliyev Yunis Miraləm oğlu idarə etdiyi “QAZ 24” markalı avtomobillə hərəkətdə olarkən, Tasmalı kəndinə nənəsigilə qonaq gəlmiş 2008-ci il təvəllüdlü Mirzəyeva Ləman Nurlan qızını vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan İstixeber.info-ya verilən məlumata görə, yaralıya kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26