BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Müdafiə Sənayesi Nazirliyinin Şirvanda baş verən yanğınla bağlı MƏLUMATI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən İstixəbər.info-ya verilən məlumata görə, sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparılan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.

Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.

Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.

İstixəbər.info İnformasiya Portalı

38 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26