BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.

İstixəbər.info APA-nın məlumatına istinadən xəbər verir ki, məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

Müdafiə Sənayesi Nazirliyindən də məlumat təsdiqlənib.

Allah rəhmət etsin!

Yavər Camalov 1949-cu il, oktyabr ayının 17-də Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972-ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989-cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 – ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 – cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 – cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 – cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26