BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əsgəri Elnur Hüseynzadə beynəlxalq axtarışa verildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin əsgəri Elnur Hüseynzadə 1 fevral 2017-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçib.

İstixəbər.info xəbər verir ki, bu barədə Azərbaycan Hərbi Prokurorluğundan məlumat verilib.

Bu faktla əlaqədar Hərbi Prokurorluq tərəfindən 2017-ci il fevralın 2-də Elnur Hüseynzadəyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

17 fevral 2017-ci ildə Elnur Hüseynzadəni bu maddə ilə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb etmək barədə qərar verilib və onunla bağlı axtarış elan olunub.

Hərbi Prokurorluqdan həmçinin qeyd ediblər ki, Elnur Hüseynzadə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidməti dövründə öz intizamsız davranışı ilə fərqlənib və dəfələrlə xidmət yerini özbaşına tərk edib.

Xatırladaq ki, bu gün Ermənistan mətbuatı Elnur Hüseynzadənin iki il işğal olunmuş Dağlıq Qarabağda qoruma altında saxlandıqdan sonra azad edilməsi barədə məlumat yayıb. Separatçıların nümayəndələri Elnur Hüseynzadənin Azərbaycana qayıtmaqdan imtina etdiyini və üçüncü ölkəyə göndəriləcəyini bildiriblər./ virtualaz.org

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26