BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mömin xurma ağacına bənzəyir…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İslam Peyğəmbərinin (ə) bu barədə belə bir kəlamı var:

مَثَلُ الْمُؤْمِنِ مَثَلُ النَّخْلَةِ مَا أَخَذْتَ مِنْهَا مِنْ شَيْئٍ نَفَعَكَ

“Mömin xurma ağacına bənzəyir, ondan nə götürsən faydalı və xeyirlidir.” (“Nəhcül-fəsahə”, səh.564, hədis 2727.)

İstixəbər.info xəbər verir ki, xurma ağacı doğrudan da, çox bərəkətli ağaclardan biridir. Onun meyvəsi yeyilir və o, qidalanmaq üçün ən yaxşı yeməklərdən sayılır; onun çəyirdəyindən yanacaq kimi istifadə edilir, yarpağından həsir, papaq, süfrə və s. kimi şeylər toxunulur. Xurma ağacının özündən isə, sadə bina tikintisində istifadə olunur. Hətta çayların üzərindən keçmək üçün körpü salınır. Onun çiçəklərindən bir növ faydalı və ətirli cövhər alınır. Bir sözlə, xurmanın faydasız və atılan heç bir hissəsi yoxdur.

İmanlı şəxslər də eynilə xurma ağacı kimidirlər. Onların düşüncələri faydalı, danışıqları xeyirli, oturuşu tərbiyəvi, məktəbləri yaradıcı, dostluqlarında sadiq, vədlərində vəfalıdırlar. Xülasə, onların hər bir işi qiymətli və dəyərlidir./maide.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26