BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevirdə təhsil işçilərinin plenar müşavirəsi keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Sentyabrın 2-də Mingəçevir şəhərində təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

İstixeber.info xəbər verir ki, Mingəçevir şəhər Dövlət Dram Teatrında keçirilən sentyabr konfransında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. Nazir müavini 2019-2020-ci tədris ili üçün əsas prioritet məsələlərdən söz açıb, bununla bağlı bağlı tapşırıq və tövsiyələrini  verib.

Konfransda iştirak edən Mingəçevir şəhər, Yevlax və Ağdaş rayonlarının təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər.

Sonra  yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26