BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevirdə nişanlı qız 5-ci mərtəbədən yıxılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

2 həftə sonra toyu olacaqdı

İstixeber.info xəbər verir ki, Mingəçevirdə faciəli hadisə baş verib. Hadisə şəhərin Aydın Məmmədov küçəsi, 9 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva 5-ci mərtəbədən yıxılıb. S.Qarayeva dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onun vəziyyətinin ağır olduğu bildirilib.
Yaxınlarının sözlərinə görə, S.Qarayeva ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.
Əldə etdiyimiz digər bir məlumata görə, S.Qarayeva nişanlı olub. İki həftə sonra, martın 24-də onun toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

Nicat Həsənli Mingəçevir 2019-cu il

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26