BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevirdə məktəblilər yol polisinin fəaliyyəti ilə yaxından tanış olublar – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mingəçevirdə məktəblilər yol polisinin xidməti fəaliyyəti ilə yaxından tanış olublar.

REKLAM

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Mingəçevirdə məktəblilər Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə ekskursiya ediblər. “Yol polisimizlə bir gün” adlı tədbir “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın məqsədlərinə uyğun olaraq Daxili İşlər və Təhsil Nazirliklərinin həyata keçirdikləri birgə əməkdaşlıq çərçivəsində baş tutub. DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru Xətayi Məmmədov burada şagirdlərə yol polisinin xidməti fəaliyyəti, sürücülərin və piyadaların rahat, təhlükəsiz hərəkəti üçün görülən işlər barədə məlumat verib. Məktəblilər növbətçi hissə, xidməti otaqlarla da tanış ediliblər, burada onları maraqlandıran suallar cavablandırıldıqdan sonra ekskursiya şəhər ərazisində davam etdirilib. Şagirdlər burada YPX-nin xidməti avtomobilləri ilə yaxından tanış olublar, avtomobillərdə quraşdırılan sistem barədə onlara məlumat verilib. Əyani olaraq şəhər ərazisindəki piyada keçidlərindən, işıqfordan istifadə qaydaları, eləcə də digər yol hərəkəti qaydaları izah olunub. Sonda bölmə rəisi Cəmşid Abbasov azyaşlılara yollarda diqqətli olmalarını tövsiyə edib və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26