BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevirdə avtomobil qaçıran 61 yaşlı şəxs saxlanılıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Avqustun 25-də Mingəçevir şəhər sakini Saleh Rəhimov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı ona məxsus “Vaz 2106” markalı avtomobilin naməlum şəxs və yaxud da şəxslər tərəfindən qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, müraciət aidiyyatı üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə yönləndirilib və polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26