BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevir Turizm Kollecinin kollektivi 8 saylı region üzrə Əmək Müfəttişliyi ilə birgə 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mingəçevir Turizm Kollecinin kollektivi 8 Mart Beynəlxalq Qadınlar Gününü ilk dəfə olaraq bir başqa rəsmi dövlət qurumunun iştirakı ilə bərabər qeyd edib.

İstixeber.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Alik Mövlayev başda olmaqla müfəttişliyin bir qrup əməkdaşı əlamətdar təqvimdə təhsil müəssisəsinin qonağı olub. Öncə Azərbaycan qadını mövzusunda tələbə-gənclərin əl işlərindən ibarət sərgini ziyarət edən qonaqlar bir-birindən məzmunlu əsərlərə baxış keçirib. Daha sonra kollektiv rəsmi qonaqlarla birlikdə bayram təntənəsinə qatılıb.
Əmək Müfəttişliyi əməkdaşlarının belə bir əlamətdar günü Mingəçevir Turizm Kollecində bayram etməsini diqqətəlayiq hadisə olduğunu bildirən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov bunu kollektivə göstərilən etimad nümunəsi adlandırıb. Təhsil müəssisəsinin yaranma tarixi, texniki bazası, tədris imkanları, beynəlxalq əlaqələri, naliyyətləri və perspektivləri barədə danışan professor Ə.Əyyubov ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını, o cümlədən kollektivin qadın əməkdaşlarını və tələbə-qızlarını beynəlxalq bayram münasibətiilə təbrik edib.
8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Alik Mövlayev Mingəçevir Turizm Kollecini əmək intizamı və tədris uğurları ilə seçilən, insan resurslarından məqsədyönlü istifadə edən işgüzar bir kollektiv olaraq tanıdıqlarını bildirib: “Bu kollektiv digərlərinə örnək ola biləcək üstünlüklərə malikdir. Qanunvericililiyin tələbləri, müvafiq təlimatlar burada ən arzuolunan səviyyədə icra olunur. Belə bir kollektivin arasında olmaq, bayramlaşmaq həqiqətən də müfəttişliyimizin nümayəndə heyətinin qəlbində unudulmaz təəssüratlara yol açır”.
A.Mövlayev tədbirdə iştirak edən kollektivin qadın təmsilçilərini tər-çiçək dəstəsi ilə təbrik edib, onlara yeni pedaqoji uğurlar arzulayıb.
Kollec Həmkarlar ittifaqı təşkilatının sədri İbrahim Əyyubov, direktor müavini Çinarə Allahverdiyeva, şöbə müdirləri Aynurə Abbasova, Şahzadə Kərimova, Qəhrəman Kərimov, Əşrəf Əsgərov və digərləri çıxış edərək ən xoş bayram arzularını çatdırıb.
Tədbirdə təhsil müəssisəsinin qadın əməkdaşlarının bayram mükafatı ilə sevindiriləcəyi elan olunub.
Bayram tədbiri maraqlı dialoq şəklində davam edib. Əmək Müfəttişliyinin əməkdaşları qadınların əmək hüquqları və icrasının təminatı barədə tövsiyələrini çatdırıb, onları maraqlandıran suallara aydınlıq gətirib.

Nicat Həsənli

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26